Zəngəzur dəhlizinin açılmasını ABŞ da istəyir - Kiviryan

Zəngəzur dəhlizinin açılmasını ABŞ da istəyir - Kiviryan
04 Fev 2025 12:35

Sirr deyil ki, Azərbaycan həmişə Naxçıvanla birləşmək istəyib və bu ideya ABŞ və Türkiyə tərəfindən dəstəklənib. 

News365.az xəbər verir ki, bunu politoloq Argişti Kiviryan deyib.

Onun sözlərinə görə,  Ankara və Ağ Evin də  belə bir niyyətinin olmasına baxmayaraq, bu məsələ ətrafında heç bir danışıqlar sənədə çevrilmədi. 

Politoloq əlavə edib ki, ilk dəfə belə bir sənəd 9 noyabr 2020-ci ildə ortaya çıxıb və Paşinyanın imzası onun altında olub.

“Paşinyan bu bəyanatın 9-cu bəndini yerinə yetirməmək üçün Qarabağı qurban verdi və indi Meğri mövzusuna qayıtdılar. Mən hələ zamanında demişdim ki, Qarabağdan sonra  Zəngəzur dəhlizi məsələsi gündəmə gələcək”, - deyə Kiviryan əlavə edib.

Analitik hesab edir ki, Paşinyan mahiyyət etibarilə Azərbaycanın bütün tələblərini yerinə yetirməyə hazır olduğunu bildirib.


Sizin reklam burada
Sizin reklam burada