Beyin insultu keçirərək xəstəxanaya yerləşdirilən Xalq artisti Fatma Mahmudovanın son durumu açıqlanıb.
Bu barədə News365.az-a aktrisanın qızı Nigar Tofiq məlumat verib.
Hazırda anasının vəziyyətinin yaxşı olduğunu bildirən N.Tofiq onun müalicəsinin xəstəxanada davam etdiyini söyləyib.
Xatırladaq ki, Fatma Mahmudova yanvarın 29-da insult keçirərək özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.