ABŞ-də maraqlı hadisə baş verib. "Daily Mail"in yaydığı məlumata görə, bir qadın veyp-in (elektron siqaret-red.) qurbanı olub. Veyp amerikalının avtomobilini külə döndərib.
"Alabama ştatından olan Suzanna Mens alış-verişə getdikdən sonra evə qayıdarkən veyp əlində partlayıb. Bu, insident sonda avtomobilin alışıb-yanması ilə nəticələnib. Qadını indi hər gün baş verən faciəni xatırladır və ağır xəsarətlər almasından gileylənir", -nəşr yazıb.
Qeyd edilib ki, partlayış zamanı Suzanna əri Bobbi ilə telefonla danışırmış: "Kişi gurultu, daha sonra isə arvadının qışqırtısını eşidib. Əlaqə kəsiləndə kişi yoldaşının həyatının təhlükədə olmasından qorxaraq panikaya düşüb. Ayaqlarının yandığını hiss edən qadın isə maşını magistral yolun kənarına çəkib. O, maşından yerə tullanıb və yanan şalvarını çıxarıb. Suzanna təcili xəstəxanaya çatdırılıb, həkimlər ona budlarının, cinsiyyət orqanlarının və omba nahiyəsinin geniş yanıqları diaqnozu qoyublar. O, dəri transplantasiyası da daxil olmaqla iki əməliyyat keçirməli olub".
Tural