Dəri xərçəngi riskini artıran faktorlar açıqlanıb

Dəri xərçəngi riskini artıran faktorlar açıqlanıb
14:07

Dərinin ultrabənövşəyi radiasiyaya xroniki və uzun müddət məruz qalması risklidir. Bəzi şəxslər belə olan halda hər yaşda xərçəng xəstəliyi tapa bilər. Bununla belə, 2020-ci ilin statistikasına görə, xərçəng xəstəliyi tapanların orta yaşı 61,9 olub. Bu barədə Gazeta.Ru-ya məşhur dermatoveneroloq İrina Qonçakova məlumat verib.


“Melanomanın inkişafı üçün vahid etioloji faktor yoxdur. Dəri melanomasının qeyri-irsi formaları üçün ən əhəmiyyətli risk faktoru dərinin B tipli (dalğa uzunluğu 290-320 nm) və A tipli (dalğa uzunluğu 320-400 nm) ultrabənövşəyi radiasiyaya məruz qalmasıdır. Yəni insanın yaşadığı bölgə nə qədər günəşli olsa, xərçəngə tutulma riski bir o qədər yüksəkdir. Hiperinsolasiya dəri xərçənginin inkişaf riskini artırır. Ancaq eyni zamanda günəşli bölgədə yaşayıb günəşdən gizlənə, ultrabənövşəyi şüalardan qorunma vasitələrindən (günəş kremi, geyim və s.) istifadə edə və nəticədə dəridə bədxassəli şişlərin əmələ gəlməsi riskini minimuma endirə bilərsiniz",- o qeyd edib.

Bundan əlavə, risk qrupuna birinci və ikinci "Fitzpatrick" dəri fototipləri olan insanlar daxildir. Bunlar qırmızı və ya sarı saçlı, albinizmli, mavi, yaşıl, boz gözlü, günəş radiasiyasına yüksək həssaslıqla yanaşan, tez-tez günəş yanığı olan insanlardır.

Tural


Sizin reklam burada
Sizin reklam burada