İlham Əliyev və Mehriban Əliyeva Açılışlarda iştirak ediblər - YENİLƏNDİ

İlham Əliyev və Mehriban Əliyeva Açılışlarda iştirak ediblər - YENİLƏNDİ
27 Mar 2025 14:54

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.

News365.az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçısına və birinci xanıma burada yaradılmış şərait barədə məlumat verib.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kənd sakinləri ilə söhbət etdilər.

Sakin: Bu gün bizim hazırda durduğumuz yer bağ idi, meşə idi bura, burada böyük palıd ağacları.

Prezident İlham Əliyev: Bəs evlər harada idi?

Sakin: Evlər bir az bundan aşağıda idi.

Prezident İlham Əliyev: Orada idi?

Sakin: Bəli.

Prezident İlham Əliyev: Bu, Sarıcalının bağı idi?

Sakin: Meşə idi, qoz ağacları, palıd ağacları var idi.

Prezident İlham Əliyev: Qırdılar.

Sakin: Onların hamısını məhv etdilər.

Prezident İlham Əliyev: Siz işğal dövründə harada yaşamısınız?

Sakin: Bərdədə yaşamışam.

Prezident İlham Əliyev: Bərdədə hansı şəraitdə?

Sakin: Məktəbdə yaşayırdıq. Hazırda beşmərtəbələrdə oluruq. Çox sağ olun, Allah Sizə kömək olsun. Allah şəhidlərimizə rəhmət eləsin.

Prezident İlham Əliyev: Cavanlar da gəlib. Həvəslə gəlmisiniz?

Sakinlər: Bəli, əlbəttə.

Prezident İlham Əliyev: Onlar heç görməyiblər buraları.

Sakin: Görməyiblər. Yəni, görməyənlər də belə gəlib görmək istəyirlər ki, işğaldan azad olunmuş torpaqlarımız nə cür bərpa olunur. Allah həmişə dövlətimizin bayrağını uca etsin.

Prezident İlham Əliyev: Sağ olun. Otuz il ərzində ədalətsizliklə üzləşmişdik. Bu ədaləti biz özümüz bərpa etdik və biz hər gün ədalət təntənəsini görürük.

Sakinlər: Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə indi 40 mindən çox insan yaşayır və çalışır. İlin sonuna qədər də təqribən 30 min, 40 min qayıtmalıdır. İndi Ağdam rayonunun ilk sakinləri sizsiniz. Amma yaxın aylarda qonşularınız da gələcək, Xıdırlıya, - yəqin ki, görmüsünüz, böyük inşaat işləri gedir, - Kəngərliyə, ilin sonuna qədər Ağdam şəhərinə. Burada rahat, xoşbəxt yaşayacaqsınız.

Sakin: İnşallah. Çox sağ olun, minnətdarıq. Allah Sizi var eləsin, Allah Sizi qorusun!

Prezident İlham Əliyev: Sağ olun.

Sakinlər: Sağ olun, çox sağ olun.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda iştirak edib və görülən tikinti işləri ilə tanış olublar. 

News365.az xəbər verir ki, dövlət başçısı və Birinci vitse-prezident həmçinin iaşə obyektlərində yaradılan şəraitlə, Qarabağ küçəsində, Şuşa Müalicə-Sağlamlıq Mərkəzində və Yeni Şuşa məscidində aparılan tikinti işləri ilə tanış olublar.


Sizin reklam burada
Sizin reklam burada