Maşınını həyətdə yuyanlar CƏRİMƏLƏNƏCƏK?

Maşınını həyətdə yuyanlar CƏRİMƏLƏNƏCƏK?
12:40

Yay aylarında çoxmənzilli binaların həyətlərində avtomobil və ya xalça yuyulması tez-tez müşahidə olunur. Azərbaycan qanunvericiliyində bu hərəkətləri birbaşa qadağan edən ayrıca norma olmasa da, bu, onların istənilən yerdə və istənilən qaydada həyata keçirilə biləcəyi anlamına gəlmir. Vəziyyətdən asılı olaraq müxtəlif hüquqi tələblər tətbiq oluna bilər.

News365.az milli.az-s istinadla verir ki, avtomobil və xalça yuyularkən yaranan çirkab sularının torpağa axıdılması ekoloji risk yaradır.

Avtomobil yuyulması zamanı suya yuyucu vasitələrlə yanaşı, mühərrik yağı, yanacaq qalıqları, əyləc və təkər aşınmasından yaranan hissəciklər, eləcə də digər çirkləndiricilər qarışa bilər. Xalça yuyulduqda isə yuyucu maddələr, toz və kir su ilə birlikdə torpağa düşür. pizza sifarişi

Ancaq bu halların hər biri avtomatik olaraq torpağın hüquqi baxımdan çirkləndirilməsi hesab edilmir. Məsuliyyət yalnız torpağın həqiqətən çirkləndirildiyi müəyyən edildikdə yaranır.

İnzibati Xətalar Məcəlləsinə əsasən, torpağın tullantılar, kimyəvi maddələr və ya çirkab suları ilə çirkləndirilməsi fiziki şəxslər üçün 500-800 manat, vəzifəli şəxslər üçün 2 000-2 500 manat, hüquqi şəxslər üçün isə 7 500-10 000manat məbləğində cərimə ilə nəticələnə bilər.


Sizin reklam burada
Sizin reklam burada