Tiktoker "Murad sadə" həbs edildi

Tiktoker "Murad sadə" həbs edildi
20:00

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən daha bir tiktoker həbs edilib. 

News365.az xəbər verir ki, TikTokda "Murad Sadə" ləqəbi ilə tanınan 1987-ci il təvəllüdlü Qasımov Murad Nadir oğlu  polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci  (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada 
göstərilməsi) maddəsi ilə ittiham irəli sürülüb və aidiyyəti üzrə məhkəməyə göndərilib. 

Məhkəmənin yekun qərarı ilə Murad Qasımov 1 ay müddətinə inzibati qaydada həbs edilib.


Sizin reklam burada
Sizin reklam burada