Ermənistanın Baş naziri Nikol Paşinyan özünə yeni mətbuat katibi təyin edib. Bu vəzifəyə 26 yaşlı Melanya Arutyunyan gətirilib.
News365.az xəbər verir ki, Melanya Arutyunyan bu vəzifədə Nazeli Bağdasaryanı əvəz edəcək. Nazeli Bağdasaryan deputat seçilərək mətbuat katibi postundan gedib.
Məlumata görə, Melanya Arutyunyan hakim "Vətəndaş Müqaviləsi" Partiyasının gənclər təşkilatı şurasının katibidir. O, partiyanın seçkiqabağı kampaniyasında da fəal iştirak edib.