Ermənistanda məhkəmə "Güclü Ermənistan" Partiyasının həmtəsisçisi və "Bizim Yolumuz" ictimai təşkilatının rəhbəri Alik Aleksanyanın həbs müddətini daha iki ay uzadıb.
News365.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.
Alik Aleksanyan iyunun 2-də saxlanılıb, iyunun 3-də isə barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. O, mitinqlərdə iştirak üçün şəxslərin maliyyələşdirilməsi və xüsusilə külli miqdarda çirkli pulların yuyulmasında ittiham olunur.
İstintaq Komitəsinin məlumatına görə, 2025-ci ilin sentyabrından 2026-cı ilin mayınadək keçirilən aksiyalara iştirakçı cəlb etmək məqsədilə "Bizim Yolumuz" hərəkatı çərçivəsində təxminən 1400 nəfərlə mülki hüquq müqaviləsi bağlanıb. Bildirilir ki, onlardan 400-dən çoxu eyni vaxtda başqa şirkətlərdə də çalışıb.
Xatırladaq ki, iyunun 25-də Cinayət Apellyasiya Məhkəməsi də Aleksanyanın həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı şikayəti təmin etməmişdi.