ABŞ-İran münaqişəsində yeni mərhələ: Strateji obyektlər hədəfə alındı

ABŞ-İran münaqişəsində yeni mərhələ: Strateji obyektlər hədəfə alındı
09:50

ABŞ silahlı qüvvələri gecə saatlarında İran ərazisindəki strateji obyekti və hərbi hədəfləri intensiv raket və hava zərbələrinə məruz qoyub. Hücumlar nəticəsində ölkənin müxtəlif regionlarında ard-arda güclü partlayış səsləri ucalıb.

Məsələ ilə bağlı News365.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, hərbi əməliyyatlar İranın bir neçə əyalətində yerləşən strateji nöqtələri əhatə edib:

"Əməliyyatlar Xuzistan əyalətinin Əhvaz, Abadan, Şadeqan və Ərvəndkenar, Hörmüzqan əyalətinin Qeşm, Kiş və Bəndər-Abbas, həmçinin Fars əyalətinin Buşehr, Nurabad və Kazerun şəhərlərindəki hədəflərə qarşı həyata keçirilib. Hava və raket zərbələri əsasən şəhər ətrafında yerləşən obyektlərə endirilib."

Müxtəlif bölgələrdən gələn son məlumatlar

Hərbi ekspertin sözlərinə görə, zərbələr nəticəsində bəzi yaşayış məntəqələrinə də təsir dəyib:

"Qeşm adasında üç böyük partlayış qeydə alınıb və atılan mərmilərdən biri yaşayış massivinə düşüb. Kiş adasında isə iki güclü partlayış baş versə də, mülki infrastruktura və yaşayış obyektlərinə ziyan dəymədiyi bildirilir. Bundan əlavə, Abadan şəhərinin bir neçə massivində də şiddətli partlayış səsləri eşidilib."


Sizin reklam burada
Sizin reklam burada