Zelenski Ukrayna və Rusiyanın müharibə itkilərini AÇIQLADI

Zelenski Ukrayna və Rusiyanın müharibə itkilərini AÇIQLADI
14:00

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın müharibədə 700 min hərbçi itirdiyini, Ukraynanın isə təxminən 50 min hərbçisinin həlak olduğunu bildirib.

News365.az xəbər verir ki, Zelenski bu barədə ABŞ-ın Fox News telekanalına müsahibəsində danışıb.

Jurnalistin Rusiyanın itkiləri ilə bağlı sualını cavablandıran Ukrayna lideri bildirib ki, müharibə ərzində Rusiya ordusunun ümumi itkiləri 1 milyon 600 min nəfərə çatıb.

"Onların itkiləri 1 milyon 600 mindir. Təxminən 700 mini həlak olub", – deyə Zelenski vurğulayıb.

Ukrayna Silahlı Qüvvələrinin itkiləri barədə danışan prezident qeyd edib ki, bu məsələdə tam açıq olmaq istəmir. O bildirib ki, belə məlumatlar Rusiyaya Ukrayna ordusunun vəziyyətini qiymətləndirmək imkanı verə bilər.

Bununla belə, Zelenski Ukrayna tərəfinin itkilərinə dair rəqəmləri açıqlayıb.

"Bizim təxminən 50 min əsgərimiz həlak olub. Təxminən 400 min yaralımız var. Bundan əlavə, çoxlu sayda itkin düşən hərbçimiz mövcuddur", – deyə o bildirib.

Qeyd edək ki, "The New York Times" qəzetinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi dövründə hər iki tərəfdən ölən və yaralanan hərbçilərin ümumi sayı 2 milyonu ötüb.

Xatırladaq ki, Zelenski 2024-cü ilin fevralında Ukraynanın 31 min hərbçisinin, 2026-cı ilin fevralında isə 55 min hərbçisinin həlak olduğunu açıqlamışdı.

 


Sizin reklam burada
Sizin reklam burada