Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədəki balıqçılıq təsərrüfatlarının fəaliyyəti və yerli məhsulların keyfiyyəti ilə bağlı diqqətçəkən bəyanatla çıxış edib.
Balıqçılıq sahəsinə dövlət dəstəyi mövzusuna həsr olunmuş iclasda çıxış edən Baş nazir uzun müddətdir yerli istehsal olan balıqlardan imtina etdiyini bildirib. Paşinyan bu addımını məhsulların standartlara cavab verməməsi və keyfiyyət problemləri ilə əlaqələndirib:
"Bilirəm ki, bu bəyanat böyük rezonans doğuracaq, lakin etiraf etməliyəm: mən artıq uzun müddətdir ölkəmizdə yetişdirilən balıqları rasionumdan çıxarmışam. Çünki həmin məhsulların keyfiyyəti ilə bağlı ciddi sualların və problemlərin olduğu mənə tam bəllidir."
Baş nazirin bu açıqlaması yerli qida təhlükəsizliyi və balıqçılıq təsərrüfatlarının mövcud vəziyyəti ilə bağlı yeni müzakirələrə səbəb olub.