“Bilirsiniz
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) kimin adına olan küçədə yerləşir? Mirzə Fətəli
Axundov küçəsində. Axundov yalnız ədəbi dilimizin banisi deyil. Həm də milli
ateizmin ilk ideoloqudur. İlk ateistimiz deyil. İlk ateistimiz onun müəllimi
olmuş Mirzə Şəfi Vazehdir”.
Bu fikirlərin
tanınmış hüquqşünas Əkrəm Həsənov
yazıb.
O, əlavə
edib ki, incanlı insanam:
“Amma
Vazehin şeirlərini və Axundovun əsərlərini uşaqlıqdan sevirəm və indi də təkrar-təkrar
oxuyuram.
Məni
maraqlandıran odur ki, görəsən, QMİ-ni və onun rəhbəri Şeyxülislamı yerləşdikləri
küçənin adı narahat edirmi, bu onları təhqir edirmi? Səhv etmirəmsə, QMİ
1980-ci ildən həmin küçədə yerləşir. Şeyxülislam da elə vəzifəsində həmin ildəndir.
İndiyə kimi buna etiraz etməyiblərsə, deməli, narahat etmir.
Bu günlərdə
hansısa bloqeri inanclıların hisslərini təhqir etdiyi üçün həbs ediblər. Baxdım
bəzi çıxışlarına. Axundovun nəinki yanında, heç həndəvərində dura bilən kəs
deyil. Belələri çoxdur. Bir-iki kitab oxuyublar, elə bilirlər ki, hər şeydən
halidirlər və özlərini gözə soxmaq, primitiv çıxışlarla şöhrət qazanmaq üçün
ağızlarına gələni döşəyirlər dinin ünvanına.
Mən də
vaxtilə ateist olmuşam, bunların dediklərindən daha çox arqumentə də malik
olmuşam. Lakin ədəb-ərkan, etikanı gözləmişəm həmişə. Allaha inanmırsan, dini
uydurma hesab edirsən, çox yaxşı, ədəblə sözünü de, vəssalam. Səndən də ağıllı,
savadlı, bilikli insanlar ciddi əsərlər yazıb dinin əleyhinə. Sənə niyə qulaq
assınlar ki insanlar? Elə böyük alimləri oxuyarlar da. Sən niyə həyatını, fəaliyyətini
buna həsr etmisən ki? Nə xeyrin var bu xalqa?..
Lakin hesab
etmirəm ki, belə insanları həbs etmək lazımdır. Ümumiyyətlə, sözə görə insanın
azadlıqdan məhrum olunmasını yaxşı hal saymıram. Söz əmələ çevrilmirsə,
danışsın da nə qədər ürəyi istəyir. Xüsusilə dini mövzuda. İnanclı insanın əqidəsi
o qədər dərindir ki (olmalıdır hər halda), hansısa bloqerin lağ-lağı çıxışları
bu əqidəni heç cür sarsıda bilməz. Əksinə, inanclı insan bunu sınaq kimi qəbul
etməli və İblisin oyunlarının bitmədiyini bir daha görüb imanında möhkəmlənməlidir.
Belələri heç mübahisə etməyin yeri də yoxdur, çünki onlara həqiqət yox, şou
lazımdır. Həm də axı hamı inanclı ola bilməz ki. Cəhənnəmə də kimsə düşməlidir,
ya yox?!”.
News365.az