Ukrayna 4-5 yerə parçalanacaq?

Ukrayna 4-5 yerə parçalanacaq?
09:23

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın gələcəyi və qərb əraziləri ilə bağlı maraqlı açıqlama verib.

Sankt-Peterburqda Hərbi Dəniz Donanmasının hərbçiləri ilə görüşdə Putin  Ukraynada daxili qarşıdurmaların yaşandığını və tərəflərin “Ukrayna xalqından və ya Qərb sponsorlarından oğurlanan pulları bölüşdürdüyünü” iddia edib.
Ən maraqlısı isə onun bu fikirləridir:

“Əminəm ki, gec-tez Ukrayna Stalin hədiyyəsi olan qərb torpaqlarını itirəcək və hər şey Macarıstana, Rumıniyaya və Polşaya qaytarılacaq”.

Nəzərə alaq ki, bu Ukraynanın parçalanacağı və bir neçə yerə bölünəcəyi barədə Rusiya rəhbərliyinin ilk açıqlaması deyil. Bundan bir müddət əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirmişdi ki, yaxın zamanda Ukrayna adlı dövlət dünya siyasi xəritəsində  olmayacaq.

Ukraynanın ən azı 4-5 yerə parçalanacağı bərədə proqnozlar.

Bununla bağlı ortada konkret layihənin olduğu da deyilir. Məsələn, 2018-ci ildə Ukraynanın müvəqqəti işğal olunmuş ərazilər üzrə nazir müavini Georgi Tuka  yerli “Obozrevatel” qəzetinə bildirmişdi ki, Ukrayna gələcəkdə Zakarpatye bölgəsinə nəzarəti itirə bilər:

“Ukraynanın müstəqillik əldə etdiyi ilk gündən 3 bölgə mərkəzi hakimiyyətə sadiq qalmaları şərtilə yerli elitaların əllərinə təslim edildi. Bu, Krım, Donetsk və Zakarpatye olub. İki ərazini biz faktiki olaraq itirdik, Zakarpatye hələ qalıb. Lakin mən bir fikirlə razılaşıram ki, mərkəzi hakimiyyətin gücünün yetmədiyi bütün bölgələrdə nəzarət tamamilə əlimizdən çıxacaq”.

Georgi Tuka Zakarpatyeyə gözünü dikən Macarıstanın hazırda Rusiyapərəst mövqe tutduğunu bildirmişdi. Onun fikrincə, Zakarpatye əhalisinə Macarıstan pasportlarının paylanması xüsusi hərbi əməliyyatdan başqa bir şey deyil. Ukraynalı nazir müavini bu situasiyanın ölkəsi üçün olduqca təhlükəli olduğunu ifadə edib.

2019-cu ildə isə “NyusVan”a açıqlamasında Ukraynanın keçmiş nəqliyyat naziri Yevgeni Çervonenko bildirmişdi ki, Ukrayna yavaş-yavaş, amma əmin şəkildə Yuqoslaviya kimi kiçik hissələrə parçalanmağa doğru gedir:

“Ukraynanın bir neçə hissəyə parçalanması onun rəhbərliyinin qarşıya qoyduğu hədəfləri icra edə bilməməsinə gətirib çıxaracaq.Hakimiyyətin fəaliyyətsizliyi sayəsində qərb bölgələri, xüsusilə Lvov və Zakarpatya dövlətdən ayrılacaq. Yuqoslaviyadan fərqli olaraq, Ukrayna ərazisində AES-lər yerləşdiyinə görə bombardmana məruz qalmayacaq”.

Bu günlərdə Putinin səsləndirdiyi fikirlər bir neçə il əvvəl digər rəsmi şəxslərin söylədikləri ilə sinxrona təşkil edir. Bu isə təsadüf ola bilməz.

Bu yerdə daha bir maraqlı faktı xatırlatmaq yerinə düşər.

“allll.net.wiki” sosial platforması Ukrayna-Rusiya müharibəsinin başlamasından cəmi 3 ay sonra 2022-ci ilin yazında məlumat yaymışdı ki, Ukraynanın cənubundakı 5 vilayətin ərazisində yaradılması planlaşdırılan dövlətin adı məhz belədir. Odessa, Dnepropetrovsk, Zaporojye, Xerson və Nikolayev vilayətlərinin ərazilərində yaradılması nəzərdə tutulan ölkə ikinci yəhudi dövləti olacaq.  

Platformanın iddiasına görə layihənin hazırlanmasına 2016-cı ildən başlanılıb. Layihənin icraçı direktoru isə İqor Berkutdur.
Layihəyə Rusiyanın, Ukraynanın və Qərbin tanınmış ictimai xadimləri, politoloqları və analitikləri dəstək verirlər. Həmin məşhurların sırasında Vladimir Pozner, Vladimir Solovyov, Yassin Kadmi, Yevgeni Satanovski, Dmitri Qordon və digərlər yer alıblar. Layihənin icrasına 2019-cu ildə başlanılıb(Zelenskinin hakimiyyətə gəlişindən sonra). 

Mənbə xəbər verir ki, 2049-cu ilə qədər Yeni Yerusəlim” dövlət kimi ayaqda duracaq. Layihə 2060-cı ildə tamamlanacaq.

Yazılanlara inansaq 2029-cu ilin sonuna qədər təxminən 5 milyon yəhudinin “Yeni Yerusəlim”də yaşamaq  üçün Ukraynaya gələcəyi gözlənilir. Layihə hazırlanarkən İsrailin baş naziri B.Netanyahu və Ukraynanın sabiq Baş naziri V.Qroisman ilə yəhudilərin köçürülməsi və məskunlaşdırılmasının təşkili, eləcə də layihənin həyata keçirilməsində mümkün iqtisadi və siyasi yardım məsələləri ətraflı müzakirə edilib.

Həmçinin Rusiya Federasiyası keçmiş baş naziri D. Medvedev, Donald Trampın birinci prezidentliyi dönəmində baş müşaviri işləmiş Çabad Lubaviç və nüfuzlu yəhudi təşkilatı bu layihənin hazırlanmasında xüsusi yer alıb. 
Layihə barədə bütün məlumatlar onun icraçı direktoru İqor Berkutdan gəlir. İ.Berkutun layihənin gedişatını işıqlandırmaq üçün “Rassvet” YouTube kanalı açıb.

Bildirilir ki, “Yeni Yerusəlim” ideyası Volodimir Zelenskinin hakimiyyətə gəlişindən sonra aktiv fazaya keçib. Hətta bununla bağlı rəsmi açıqlama 2021-2022-ci illərdə Ukraynanın mərkəzsizləşdirilməsi haqqında qanunun qəbulundan sonra verilib.

2019-cu ilin iyul (Zelenski artıq 2 ay idi ki, prezident idi) ayında İsveçrə bankı Ukraynanın mərkəzsizləşdirilməsi layihəsinə 25 milyon avro vəsait ayırıb. Berkut bildirib ki, bu vəsait məhz “Yeni Yerusəlim” layihəsi üçün nəzərdə tutulub. 

Materialda o da qeyd olunur ki, artıq  2017-ci ilin əvvəlində ilk mühacir qrupu Odessa limanına gəlib. 183 yəhudi könüllüdən ibarət bu qrup Ukraynanın cənubundakı münbit torpaqda Səmavi Qüdsün təməlinə ilk daşı qoymaq üçün Hayfadan (İsrail) gəlib. 

Yeni Yəhudi dövlətini hansı maliyyə institutları dəstəkləyir?

Mənbədə bildirilir ki, “bu layihəni dünyanın aparıcı maliyyə institutları həvəslə dəstəkləyir. Beynəlxalq Valyuta Fondundan 1 milyard, F4 fondundan 250 milyon, "Friedman, Feldman, Fishman and Firtash" və Corc Soros Fondundan isə  450 milyon dollar yardım alacağımıza ümid edirik. Layihənin iqtisadi əsaslandırılmasını isə zəmanəmizin görkəmli siması, Sinqapur “iqtisadi möcüzəsi”nin yaradıcısı Li Kuan Yu hazırlayıb”.

“Yeni Yerusəlim”in  idarə edilməsi 12 liderdən ibarət “Xeyirxahlar Şurası”na həvalə olunması planlaşdırıldığı verilən xəbərlər sırasındadır. Artıq bu adamlar da məlumdur. Onların arasında Rusiya, Ukrayna və İsrail vətandaşları üstünlük təşkil edir.
“Yeni Yerusəlim”də iki paytaxtın olacağı gözlənilir. Birinci əsas- siyasi və biznes paytaxtı Dnepropetrovsk şəhəri, ikinci mədəni paytaxt isə Odessa (Adessa) şəhəri nəzərdə tutulur.

Bu hələ son deyil...

Atlantika Şurası yanında Strategiya və Təhlükəsizlik üzrə Amerika “Skoukroft” Mərkəzinin vitse-prezidenti Metyu Kreniq 2024-cü ildə bildirmişdi ki, Qərb Ukraynanın müvəqqəti olaraq bir neçə dövlətə bölünməsi imkanlarını nəzərdən keçirməli, onlardan biri NATO-ya qəbul edilməlidir.

Onun fikrincə, Qərb çətin ki, Ukraynanı Rusiya ordusunu məğlub etmək üçün kifayət qədər silahla təmin edə bilsin:

"Əgər bunu etməsək, alternativlər haqqında düşünməli olacağıq. Alternativlərdən biri Ukraynanın qərb hissəsinin NATO-ya qoşulması üçün ayırmaq, sonra isə Ukraynanın qalan hissəsini geri qaytarmaq üçün çalışmaq olardı. Əslində bu, Şərqi və Qərbi Almaniya modeli ola bilər”.

Göründüyü kimi müxtəlif illərdə müxtəlif bəyanatlar səslənsə də məntiq eynidir. Ukraynan parçalanması qlobal güclərin hədəfindədir.

Təbii ki, bir dövlət olaraq Azərbaycan hər zaman Ukraynanın suveren hüquqlarını və ərazi bütövlüyünü dəstəkləyib. Çünki Azərbaycanın xarici siyasətinin qayəsi regional inkişaf və davamlı sülhdür.

Amma bəzən hadisələr bizim istəklərimiz kənarında baş verir. Necə ki, Ukrayna bu gün “qurdlar süfrəsi”nə çıxarılıb.

News365.az


Sizin reklam burada
Sizin reklam burada