Qarabağ Universitetinə keçid balları açıqlandı

Qarabağ Universitetinə keçid balları açıqlandı
10:36

Qarabağ Universiteti 2026/2027-ci tədris ili üzrə bakalavriat səviyyəsinə tələbə qəbulu aparılacaq ixtisaslar və minimal keçid ballarını elan edib.

News365.az xəbər verir ki, universitetin paylaşdığı məlumata əsasən, ən yüksək minimal bal tələbi 600 balla Tibb və Hüquqşünaslıq ixtisaslarına aiddir.

Tibb və sağlamlıq elmləri fakültəsində Stomatologiya ixtisasına qəbul üçün minimal bal 550, Tibb bacısı (qardaşı) işi və Əczaçılıqixtisaslarına isə 450 bal müəyyənləşdirilib.

Mühəndislik fakültəsində Elektrik və elektronika mühəndisliyiİnşaat mühəndisliyiMexanika mühəndisliyi və Kimya mühəndisliyi ixtisasları üzrə minimal keçid balı 450-dir.

Riyaziyyat və kompüter elmləri fakültəsində Kompüter mühəndisliyiİnformasiya təhlükəsizliyiData analitikası və Riyaziyyatixtisaslarına qəbul üçün ən azı 400 bal tələb olunur.

Humanitar və sosial elmlər fakültəsində Psixologiyaixtisası üzrə minimal bal 450, TarixBeynəlxalq münasibətlər və Dövlət və ictimai münasibətlərixtisaslarında isə 400 bal müəyyən edilib.

Biznes və iqtisadiyyat fakültəsində Maliyyə və İqtisadiyyat ixtisasları üzrə minimal bal 400, MühasibatBiznesin idarə edilməsiMenecmentBeynəlxalq ticarət və logistikaDövlət və bələdiyyə idarəetməsi ixtisaslarında 350, Turizm işinin təşkili ixtisasında isə 250 baldır.

Pedaqoji fakültədə Azərbaycan dili və ədəbiyyatı müəllimliyiXarici dil müəllimliyi (ingilis dili üzrə)Riyaziyyat müəllimliyiTarix müəllimliyiİbtidai sinif müəllimliyiCoğrafiya müəllimliyiBiologiya müəllimliyiKimya müəllimliyi və Fizika müəllimliyi ixtisaslarının hər biri üzrə minimal keçid balı 350 olaraq müəyyənləşdirilib.

Təbiət elmləri fakültəsində Biologiya və Kimyaixtisaslarına qəbul üçün də minimal bal 350-dir.

İncəsənət fakültəsinə qəbul isə xüsusi qabiliyyət imtahanlarının nəticələri əsasında aparılacaq.

Universitetin məlumatına görə, mühəndislik ixtisasları üzrə tələbələr dövlət hesabına həm Qarabağ Universitetinin, həm də İstanbul Texniki Universitetinin diplomunu əldə etmək imkanı qazanacaqlar.

 


Sizin reklam burada
Sizin reklam burada