Gəncədə evin həyətində ocaq partlayıb

Gəncədə evin həyətində ocaq partlayıb
19:00

Gəncədə qadın evinin həyətində yandırdığı ocağın partlaması nəticəsində yanıq xəsarətləri alıb.

News365.az xəbər verir ki, hadisə şəhərin Depo qəsəbəsi adlanan ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini 1956-cı il təvəllüdlü M.Abbasova hər iki əllərinin və üz nahiyəsinin yanıq diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

Dərhal ona yardım edilib, hazırda qadının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hazırda hadisə yerinə polis əməkdaşları cəlb edilib. 

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada