Xankəndi–Şuşa yolunda ağır qəza baş verib- Ölən var

Xankəndi–Şuşa yolunda ağır qəza baş verib- Ölən var
31 İyl 2026 11:26

Xankəndi–Şuşa avtomobil yolunda ağır qəza baş verib.

News365.az xəbər verir ki,  hərəkətdə olan "Tofaş" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb.

Nəticədə avtomobildə olan Bayram Verdiyev hadisə yerində ölüb. Digər sərnişin Orxan Şirinov ağır bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada