İbrahim Tatlısesin tanınmaz halı

İbrahim Tatlısesin tanınmaz halı
12:52

Türkiyəli müğənni İbrahim Tatlısesin son görüntüsü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Xarici ölkə konsertlərindən sonra İstanbuldakı evində səhhəti pisləşən İbrahim Tatlıses aprelin 7-də xəstəxanaya yerləşdirilmişdi. Ağır infeksiya səbəbindən xəstəxanada müalicə alan sənətçi bir müddət əvvəl evə buraxılıb.

Uzun sürən müalicə prosesindən sonra sənətçinin yeni fotoları yayılıb. Həmin görüntülərdə onun xeyli çəki itirdiyi diqqət çəkib. Onun saçlarının ağarması da izləyicilərin nəzərindən qaçmayıb.

Qeyd edək ki, İbrahim Tatlıses xəstəxanadan çıxmazdan əvvəl verdiyi açıqlama ilə də gündəmə gəlmişdi. O, mirası ilə bağlı danışarkən “Vəsiyyətimi hazırladım, dövlətə bağışladım. Uşaqlara bir qəpik də yoxdur. Mənə bu pulu atam qoymayıb, özüm qazanmışam. Necə istəyərəm, elə də bölərəm” ifadələrini işlədib.


Sənətçinin son görüntülərindən sonra pərəstişkarları sosial şəbəkələrdə ona çoxsaylı “keçmiş olsun” mesajları ünvanlayıblar.


Sizin reklam burada
Sizin reklam burada