İrandan Azərbaycana 78 kiloqram narkotik keçirmək istədilər - ƏMƏLİYYAT

İrandan Azərbaycana 78 kiloqram narkotik keçirmək istədilər - ƏMƏLİYYAT
13:08

İrandan Azərbaycana 78 kiloqram 250 qram narkotik vasitə və 1990 ədəd nakotik tərkibli həbin qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb.

Bu barədə News365.az-a Dövlət Sərhəd Xidmətindən bildirilib.

Verilən məlumata görə, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində 6 kiloqram 380 qram narkotik vasitə (5 kiloqram 530 qram marixuana; 850 qram tiryək) və 1990 ədəd psixotrop tərkibli Metadon M-40 həbi, "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində isə 71 kiloqram 870 qram marixuana aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Sizin reklam burada
Sizin reklam burada