KİV: ABŞ İranda qızlar məktəbinə zərbə endirdiyini təsdiqlədi

KİV: ABŞ İranda qızlar məktəbinə zərbə endirdiyini təsdiqlədi
11:24

ABŞ hərbi rəhbərliyinin fevral ayında İran ərazisində həyata keçirilən hava zərbələri zamanı köhnəlmiş kəşfiyyat məlumatlarından istifadə edilməsinə dair xəbərdarlıqlara baxmayaraq əməliyyatı təsdiqlədiyi iddia olunur.

News365.az xarici mətbuata istinadən xəbər verir ki, CNN telekanalının mənbələrə istinadən yaydığı məlumata görə, hədəflər siyahısında Minab şəhərində yerləşən qızlar məktəbi də olub. Bildirilir ki, planlaşdırma sistemində istifadə olunan kəşfiyyat məlumatlarının təxminən 10 il əvvəl toplandığını və yenidən yoxlanılmalı olduğunu göstərən xəbərdarlıqlar mövcud olub. Buna baxmayaraq, həmin obyektlərin əməliyyat planında saxlanıldığı qeyd edilir.

Mənbələrin sözlərinə görə, ABŞ hərbçiləri məktəbə endirilən zərbədən bir neçə gün sonra hadisənin səbəblərini müəyyən etsələr də, aparılan araşdırmanın nəticələri hələ ictimaiyyətə açıqlanmayıb.

Xatırladaq ki, fevralın 28-də İran rəsmiləri ABŞ və İsraili Minab şəhərində yerləşən qızlar üçün ibtidai məktəbə zərbə endirməkdə ittiham etmişdilər. Onların məlumatına əsasən, hücum nəticəsində 168-i məktəbli olmaqla ümumilikdə 175 nəfər həlak olub, daha 95 nəfər yaralanıb.

Bundan sonra ABŞ Prezidenti Donald Tramp hadisəyə görə heç bir sübut təqdim etmədən İran silahlı qüvvələrini məsuliyyət daşımaqda günahlandırmışdı. Sonradan isə zərbə endirilən ərazidə aşkar olunan raket qalıqlarının Amerika istehsalı olan hərbi sursatlara məxsus olduğu barədə məlumat yayılmışdı.


Sizin reklam burada
Sizin reklam burada