elejurnalist İradə İsaq İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) və Azərbaycan Televiziyası (AzTV) rəhbərlərinin iştirakı ilə keçirilən tədbirlə bağlı sosial şəbəkədə tənqidi paylaşım edib.
O bildirib ki, tədbirdə auditoriyanın əsasən tələbələrdən ibarət olduğu təəssüratı yaranıb və onların üz ifadələri, eyni geyim tərzi ona Türkmənistan mənzərəsini xatırladıb.
İradə İsaq qeyd edib ki, tədbirdə polemikanın olmayacağını hiss etdiyi üçün çıxışı izləməyi dayandırıb. Onun fikrincə, əgər müzakirə və sərbəst sual-cavab nəzərdə tutulmurdusa, auditoriyanın ora toplanmasına ehtiyac yox idi və söhbət adi studiyada da aparıla bilərdi.
Telejurnalist həmçinin vurğulayıb ki, tədbirdə nə ciddi müxalif fikir səsləndirən şəxslər, nə də iqtidaryönlü jurnalistlər iştirak edirdi. O, layihənin media ilə bağlı olduğunu xatırladaraq, formatın mətbuat konfransı şəklində təşkil olunmasının daha məqsədəuyğun olacağını bildirib.
Paylaşımında İradə İsaq ehtimal edib ki, tədbirdə əvvəlcədən hazırlanmış suallar səsləndirilib. O, sərbəst sualların verildiyinə inanmadığını qeyd edərək, çıxışı sona qədər izləmədiyini bildirib.
Telejurnalist paylaşımını "Bizim işimiz Allaha qalıb. Bir onu bilirəm!" sözləri ilə yekunlaşdırıb.