“Qılman doktor” obrazı ilə məşhurlaşan aktyor İlkin Misgərlinin autizmli uşağı parodiya etməsi cəmiyyətdə ciddi tənqidlərə səbəb olub.
News365.az xəbər verir ki, yayılan videoda aktyorun “Həkimin önündə oynayan dəli qız var idi ya” sözlərini işlədərək həmin uşağın hərəkətlərini təkrarladığı görünür.
Məsələ ilə bağlı İlkin Misgərli əvvəlcə həmin qızın videosuna baxmadığını deyib. Daha sonra isə “videoda “dəli qız” ifadəsini işlətmisiniz” sualımıza belə cavab verib:
“Heç o uşağın videosuna baxmamışam. Mən onu özümdən etmişəm. Ssenaridə yazılmış bir şey idi. Bilərəkdən nəsə olmayıb”.
Qeyd edək ki, sözügedən video bir neçə il əvvəl çəkilib. Videoda autizmli uşağın anası xeyriyyəçilik sahəsində fəaliyyəti ilə tanınan Hacı Quliyevin qəbulunda olaraq ona təşəkkür edir.