"Michael" filmi bütün zamanların ən çox gəlir gətirən bioqrafik ekran əsəri oldu
News365.az BBC-yə istinadən xəbər verir ki, bu yaxınlarda nümayiş etdirilən "Michael" filmi dünya üzrə kassada 977 milyon dollar gəlir əldə edərək "Oppenheimer" filmini geridə qoyub və bütün zamanların ən çox gəlir gətirən bioqrafik filmi adına sahib çıxıb.
Filmin rejissoru Antuan Fuquadır. Ekran əsərində mərhum amerikalı müğənni Maykl Ceksonun "The Jackson 5" qrupunda uşaq ulduzu kimi fəaliyyətə başlamasından dünya şöhrətli solo ifaçı və "Pop Kralı"na çevrilməsinə qədər keçdiyi həyat yolu təsvir olunur.
Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılansa da, tənqidçilərin rəyləri birmənalı olmayıb. Bəzi kino tənqidçiləri ekran əsərini emosional və təsirli hesab etsələr də, digərləri filmdə sənətçinin şəxsi həyatı və karyerasının daha mübahisəli məqamlarının kifayət qədər əks olunmadığını, hadisələrin "yumşaldılmış" formada təqdim edildiyini bildiriblər.