ABŞ Prezidenti Donald Tramp Xəzinədarlıq naziri Skott Bessentə İspaniya ilə bütün ticarət əlaqələrini kəsmək barədə göstəriş verib.
News365.az xəbər verir ki, bu barədə “Al Jazeera”ya istinadən “News.Az” məlumat yayıb.
Ankarada keçirilən NATO sammitində çıxış edən Tramp İspaniyanı alyansda "dəhşətli tərəfdaş" kimi xarakterizə edib.
Qeyd edək ki, rəsmi Madrid mart ayında ABŞ-nin İrana qarşı əməliyyatlarda öz ərazisindəki müştərək hərbi bazalardan istifadə etməyəcəyini bəyan etmiş və müharibədə iştirak edən ABŞ təyyarələri üçün hava məkanını bağlamışdı.
News365.az