Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan “Türk dünyası həftəsi” çərçivəsində Dənizkənarı milli parkda möhtəşəm konsert proqramı keçirilib.
News365.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan gecədə bir sıra məşhur simalar iştirak edib. Xalq artisti Tünzalə Ağayeva tədbirin qapanışını edib. Pop ulduz gecə boyunca hit, dillərəzbərinə çevrilən mahnılarını səsləndirib.
Şou-biznesin əfsanəsi həmçinin də tamaşaçıların arasında düşərək onlarla birlikdə mahnıları ifa edib, fotolar çəkdirib və səmimi ünsiyyət qurub.
Gecə “Mən Azərbaycanlıyam” nəğməsi ilə yekunlaşıb.