Ağdamda sahədə YANĞIN- FOTO

Ağdamda sahədə YANĞIN- FOTO
14:59

Ağdamın işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində yanğın başlayıb.

News365.az xəbər verir ki, yanğın kənd ərazisindəki açıq sahədə qeydə alınıb.

Alov qısa müddətdə geniş əraziyə yayılıb. Hadisə ilə əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi və alovun daha geniş ərazilərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada