İsrail Prezidenti İshaq Hersoq dövlət başçısı Kasım-Jomart Tokayevin dəvəti ilə Qazaxıstana rəsmi səfər edib.
News365.az xəbər verir ki, bu barədə Hersoq "X" sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, səfər çərçivəsində o, iki ölkə arasında iqtisadi, elmi və texnoloji əməkdaşlığın inkişafını davam etdirmək üçün Qazaxıstan prezidenti və ölkə rəhbərliyinin nümayəndələri ilə danışıqlar aparmaq, həmçinin yəhudi icması ilə görüşmək niyyətindədir.
"İsrail və Qazaxıstan arasındakı uzunmüddətli tərəfdaşlıq hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edir, möhkəmlənən əlaqələr isə iki xalqın rifahına töhfə verir. Qazaxıstanın ötən il "İbrahim sazişləri"nə qoşulmasından sonra bu münasibətlər daha da gücləndi - müsəlmanlar, xristianlar və yəhudilər arasındakı əməkdaşlıq ruhunu əks etdirən bir addım oldu", - o əlavə edib.
Qeyd edək ki, İsrail Prezidenti İshaq Hersoqun Qazaxıstana səfəri aprelin 28-də başa çatacaq.