Hüquqşünas Fərhad Mehdiyev AZAL-dan narazılığını ifadə edib.
O bildirib ki, Naxçıvanda məhkəmə işi ilə bağlı bir günlük səfər etsə də, geri dönüş bileti onun razılığı olmadan dəyişdirilib:
“Bir günlük gəlib qayıtmalı idim. Dönüş biletimi dəyişib ayın 12-nə keçiriblər. AZAL-a sual verirəm: belə idarəetmə olar? Bir bileti ləğv edəcəksinizsə, onu niyə satırsınız? Təyyarədə yerlərin sayından artıq bilet satırsınız? İnsanların işlərini necə qarışdırdığınızı, onları ziyana saldığınızı başa düşürsünüz?” – deyə hüquqşünas qeyd edib.