Bu
gün hər kəsi maraqlandıran sual budur: pulumuzu hansl formada saxlayaq? Çünki,
manatı dollara çevririb saxlamaq da onun dəyər itirməsinə mane ola bilmir. Beləcə,
bütün pullar nəğd və ya nəğdsiz saxlanılmasından asılı olmayaraq dəyərini
itirir”.
Bunu News365.az –a söhbətində iqtisadçı
ekspert Eldəniz Əmirov deyib. O
bildirib ki, məsələn, 2000-ci ilin əvvəllərində Bakıda 3 otaqlı mənzil alacaq qədər
dolları evdə saxlayan bu gün həmin pula o mənzilin yalnız balkonunu ala bilər,
ya da hamamını:
“Başqa
nümunə: ABŞ 1867-ci ildə sahəsi 1,5 milyon kvadratmetr olan Alyaskanı Rusiyadan
7,2 milyon dollara satın almışdı. Bu gün həmin qədər dollara Bakıda villa
satılır. Odur ki, hansı valyutada olmasından asılı olmayaraq, passiv saxlanılan
vəsait-pul hər gün sahibindən xəbərsiz ölür”.
News365.az