Ermənistan və Gürcüstanın xarici işlər nazirləri (XİN) Ararat Mirzoyan və Maka Botçorişvili Cənubi Qafqaz regionunda aktual məsələləri müzakirə ediblər.
News365.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Telefon danışığı zamanı XİN başçıları ikitərəfli gündəlik və regional məsələlər barədə fikir mübadiləsi aparıblar.
Onlar, həmçinin yüksək səviyyəli Ermənistan-Gürcüstan siyasi dialoqu çərçivəsində nəzərdə tutulan gələcək proqramları müzakirə ediblər.