İşıq pulunun az yazması üçün bunu edin!

İşıq pulunun az yazması üçün bunu edin!
02 Mar 2025 18:29

"Kommunal xidmət tarifləri hər il artır, buna görə də, mənzil-kommunal təsərrüfatı (MKT) ödənişlərini azaltmağın yolları həmişə aktual olaraq qalır. Elektrik enerjisinə qənaət etmək mümkündür. Əlbəttə əvvəlki istehlak səviyyəsi ilə ödəmələrin yarıbayarı azalacağını gözləmək olmaz, bununla belə, aylıq ödəniş məbləğini bir qədər azaltmaq realdır və ilin sonunda bu məbləğ büdcəyə əhəmiyyətli dərəcədə təsir edə bilər".

News365.az-ın məlumata görə, bu barədə rusiyalı hüquqşünas, mənzil-kommunal təsərrüfatı məsələləri üzrə ekspert Andrey Fradkin məlumat verib.

Onun tövsiyə etdiyi qənaət yollarını təqdim edirik:

Enerjiyə qənaət edən məişət texnikası seçin

"Ən çox enerji sərf edən məişət texnikasına soyuducular, paltaryuyan və qabyuyan maşınlar daxildir. Əgər onları dəyişməyi planlaşdırırsınızsa, enerji sərfiyyatına dair işarələməyə diqqət yetirin - "A+++" və ya "A++" enerji sinfinə malik modelləri seçin. "C" sinfinə aid cihazlarla müqayisədə bu cihazların enerji sərfiyyatı 30-40% daha azdır", - deyə ekspert izah edib.

Məişət texnikasından rasional istifadə

"Paltaryuyan maşını tam doldurmaq daha sərfəlidir, çünki onu yarımboş vəziyyətdə bir neçə dəfə işlətmək daha çox enerji sərf edir. Əgər qaz sobanız varsa, çaydanı elektrikdən istifadə etmək əvəzinə, qazda qaynadın", - deyə ekspert bildirib.

İşıqlandırmaya diqqət yetirin

"Başqa bir qənaət üsulu köhnə lampaları LED lampalarla əvəz etməkdir. LED lampalar daha az enerji sərf edir və 2-3 il zəmanət müddətinə malikdir", - deyə o vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada