Gürcüstan məhsullarının Rusiyaya idxalına qadağa qoyulub

Gürcüstan məhsullarının Rusiyaya idxalına qadağa qoyulub
15:30

“Rospotrebnadzor” bir sıra Gürcüstan istehsalçılarının alkoqollu və alkoqolsuz içkilərinin Rusiyaya idxalını və ölkədə satışını dayandırıb.

News365.az xəbər verir ki, Rusiya mediası bu barədə “RBK”nın əldə etdiyi sənədə istinadən məlumat yayıb.

Məhdudiyyətlər bəzi istehsalçıların şərab, mineral su, limonad və kola məhsullarına şamil olunur. Səbəb kimi məhsulların texniki reqlamentlərin tələblərinə uyğun gəlməməsi göstərilir.

Məlumata görə, qadağa bütün Gürcüstan məhsullarını əhatə etmir. “Fontanka” nəşri xəbərin hələlik rəsmi təsdiqinin olmadığını qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada