Qədim insanlar elektrik batareyasından istifadə edib.
News365.az xəbər verir ki, İraqda aşkarlanan və təxminən 2 min il əvvələ aid edilən sirli arxeoloji tapıntı alimlərin diqqətini çəkib. “Bağdad batareyası” adlandırılan gil qabın daxilində mis silindr və dəmir çubuq yerləşir. Bəzi tədqiqatçılar bu qurğunun elektrik enerjisi yaratmaq üçün istifadə oluna biləcəyini düşünürlər. Lakin onun həqiqətən batareya kimi işlədiyi hələ sübut edilməyib.