Paşinyan kimi məhkəməyə verdi?

Paşinyan kimi məhkəməyə verdi?
13:30
Ermənistanın Baş naziri Nikol Paşinyan "Yerevan.Today" saytını, saytın baş redaktoru Sevak Akopyanı və "Ayeli" mətbuat klubunu məhkəməyə verib.

News365.az xəbər verir ki, bu məlumat "Datalex" məhkəmə-hüquq informasiya saytında dərc olunub.

Paşinyan "Media Plyus" MMC-dən ("Yerevan.Today"in sahibi) və Akopyandan "yüksək səviyyəli talançılıq" və "yüksək dərəcəli korrupsiya" ilə bağlı iddiaların təkzib edilməsini tələb edir. Baş nazir bu iddiaları yayan "Ayeli" mətbuat klubundan da təkzib tələb edir.

Bundan başqa, iddiada cavabdehlərdən dəymiş mənəvi zərərə görə 4 milyon dram (11 min dollar) pul kompensasiyasının tutulması tələbi də yer alır.


Sizin reklam burada
Sizin reklam burada