Türkiyənin Aksaray-Nevşehir avtomobil yolunda sərnişin avtobusu aşıb.
News365.az xəbər verir ki, hadisə yolun Alayhan ərazisindən keçən hissəsində baş verib.
Ankaradan Qaziantepə hərəkət edən sərnişin avtobusunun sürücüsü idarəetməni itirib. Nəticədə avtobus yoldan çıxaraq aşıb.
İlkin məlumata görə, qəza nəticəsində 19 nəfər xəsarət alıb.
Hadisə yerinə 112 Təcili Tibbi Yardım və Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) əməkdaşları cəlb olunub. Hazırda xilasetmə işləri davam etdirilir.