“Sabah” - “Barselona” oyunu harada yayımlanacaq?

“Sabah” - “Barselona” oyunu harada yayımlanacaq?
12:05

“Sabah” və “Barselona” komandaları arasında UEFA Çempionlar Liqasının V turu çərçivəsində baş tutacaq qarşılaşmanı müxtəlif ölkələrdə bir sıra telekanallar canlı yayımlayacaq.

News365.az xəbər verir ki, Azərbaycanda futbol azarkeşləri görüşü İctimai TV və TVNet kanalları vasitəsilə izləyə biləcəklər. Türkiyədə matçın yayım hüququ “Tabii Spor”a məxsusdur.

Qarşılaşma İspaniyada “Movistar”, Fransada “Canal+”, Almaniyada “DAZN”, İtaliyada “Sky Sport”, İngiltərədə “TNT Sports” kanallarında nümayiş olunacaq.

ABŞ-da matçı “Paramount+” və “TUDN”, Yaxın Şərq və Şimali Afrika (MENA) regionunda isə “beIN Sports” yayımlayacaq.

Qeyd edək ki, komandalar noyabrın 25-də Bakı Olimpiya Stadionunda üz-üzə gələcəklər. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 21:45-də səslənəcək.


Sizin reklam burada
Sizin reklam burada