Paşinyan Rumıniyaya getdi

Paşinyan Rumıniyaya getdi
10:15

Ermənistanın baş naziri Nikol Paşinyan Rumıniyaya rəsmi səfər edib.

News365.az xəbər verir ki, Buxarest Beynəlxalq Hava Limanında Ermənistanın baş nazirini Rumıniya Xarici İşlər Nazirliyinin dövlət katibi Ana Tinka qarşılayıb.

Ermənistan nümayəndə heyətinin tərkibinə iqtisadiyyat naziri Gevork Papoyan, Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasının sədri Sarkis Xandanyan, xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vaan Kostanyan və digər rəsmi şəxslər daxildir.

Səfər çərçivəsində Nikol Paşinyanın Rumıniya Prezidenti Nikuşor Danla görüşü nəzərdə tutulub. Əvvəlcə iki ölkə liderinin təkbətək, daha sonra isə geniş tərkibdə görüşü keçiriləcək.

Görüşdən sonra iki ölkə arasında strateji tərəfdaşlıq haqqında bəyannamənin imzalanması planlaşdırılır. Ermənistanın baş naziri və Rumıniya prezidenti danışıqların yekunlarına dair mətbuat konfransında bəyanatlarla çıxış edəcəklər.

Günün ikinci yarısında Paşinyanın Rumıniyanın hökumət binası olan “Viktoriya” sarayında bu ölkənin baş naziri Luka Nikulesku ilə görüşü nəzərdə tutulub. İki ölkənin hökumət başçıları görüşdən sonra mətbuat üçün bəyanatlar verəcəklər.

Bundan başqa, Ermənistanın baş naziri Rumıniya Senatının sədri Mirça Abrudeanla da görüşəcək.


Sizin reklam burada
Sizin reklam burada