Antonio Tayani 20 Yanvar şəhidlərini yad etdi: “Çox təsirləndim

Antonio Tayani 20 Yanvar şəhidlərini yad etdi: “Çox təsirləndim
16:30

İtaliyanın xarici işlər naziri Antonio Tayani Bakıya səfəri zamanı Şəhidlər xiyabanını ziyarət edərək 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edib. Nazir bu ziyarətin onda dərin təəssürat yaratdığını bildirib.

Politoloq Tural İsmayılovun sözlərinə görə, Tayani Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında Azərbaycanla İtaliya arasında münasibətlərin qarşılıqlı maraqlar əsasında inkişaf etdiyini vurğulayıb.

İtaliyalı nazir 20 Yanvar şəhidlərinin Azərbaycanın müstəqilliyi uğrunda həlak olduğunu diqqətə çatdıraraq, onların xatirəsini yad edərkən çox təsirləndiyini söyləyib.

Tayani, həmçinin insan itkilərinin qarşısının alınması istiqamətində göstərilən səylərə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib.

News365.az


Sizin reklam burada
Sizin reklam burada