Goranboyda ər-arvad dəm qazından zəhərlənib, vəziyyətləri ağırdır.
Hadisə rayon ərazisində qeydə alınıb. Rayon sakinləri 1975-ci il təvəllüdlü A. Qəribov və onun həyat yoldaşı, 1982-ci il təvəllüdlü A. Qəribova dəm qazından zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar.
Hər iki şəxsə dərhal tibbi yardım göstərilib, vəziyyətlərinin ağır olduğu bildirilir. İlkin məlumata görə, ər-arvad yaşadıqları evin hamam otağında dəm qazından zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.