Xocavənd rayonu Qırmızı Bazar qəsəbəsində minaya düşən traktorçu İsgəndər Adil oğlu İsmayılov Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
News365.az-ın məlumatına görə, o, əməliyyata götürülüb və sol əli bilək nahiyəsindən amputasiya olunub.
İ.İsmayılovun ayağından aldığı xəsarət isə əməliyyat yolu ilə bərpa edilib. Hazırda müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında noyabrın 11-də mina hadisəsi baș verib.
News365.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), Daxili İşlər Nazirliyi, Baş Prokurorluq birgə məlumat yayıb.
Bildirilib ki, 1984-cü il təvəllüdlü Bərdə rayon sakini İsmayılov İsgəndər Adil oğlu idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində İsmayılov İsgəndər müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.