Fransada 1 500 illik döyüşçü məzarlığı aşkarlandı

Fransada 1 500 illik döyüşçü məzarlığı aşkarlandı
19:00

Fransada arxeoloqlar V əsrə aid nadir məzarlıq kompleksi aşkar ediblər.

News365.az xəbər verir ki, qazıntılar zamanı 14 insana və iki ata aid qalıqlar tapılıb.

Məzarlarda qılınc, qalxan, nizə, qızıl və gümüş bəzək əşyaları, eləcə də qiymətli daşlarla işlənmiş silahlar aşkarlanıb. Bəzi döyüşçülərin yanında atların dəfn edildiyi müəyyənləşdirilib.

Tədqiqatçılar hesab edirlər ki, tapıntılar Roma imperiyasının süqutundan sonrakı dövrdə bölgədə yaşayan german icmalarının həyatına dair mühüm məlumatlar verə bilər. 


Sizin reklam burada
Sizin reklam burada