Əməkdar artist Ruhəngiz Allahverdiyeva efirdə geyim tərzinə görə ünvanına səsləndirilən tənqidlərə sərt reaksiya verib.
News365.az xəbər verir ki, müğənni canlı yayımda onu qınayanların münasibətinə təəccübləndiyini bildirib. Sənətçi istədiyi rəngdə və formada geyinməkdə sərbəst olduğunu, seçdiyi libasları daşımağı bacardığını vurğulayıb.
"Əgər geyimim kiməsə xoş gəlmirsə, bu, mənim problemim deyil. Niyə qıcıqlanırlar? Yaxşı edirəm, qırmızı da geyinirəm. Əyri ayaqlarım yoxdur ki? İndiyə qədər uzun paltar geyinirdim, elə bilirdilər ayaqlarım əyridir. Ajda Pekkan çimərlik geyimində səhnəyə çıxır, ona bahalı hədiyyələr verirlər. Bəs məni niyə qınayırlar?" – deyə Ruhəngiz Allahverdiyeva bildirib.
Əməkdar artist onu tənqid edənlərə geyindiyi libasları öz üzərlərində sınamağı da tövsiyə edib. O, seçdiyi geyimlərin özünə yaraşdığını və həmin libasları rahatlıqla daşıya bildiyini qeyd edib.