Azərbaycanda işsizlərin sayı 251 mini ötüb

Azərbaycanda işsizlərin sayı 251 mini ötüb
17:46

Bu il oktyabrın 1-nə Azərbaycanda 251,2 min nəfər işsiz kimi qeydiyyata alınıb.

News365.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 9 aylıq “Pul Siyasəti İcmalı”nda bildirilib.

Sənədə əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % çoxdur.

Real sektorun monitorinqi çərçivəsində keçirilən sorğunun nəticələrinə görə, sentyabr ayında məşğulluq gözləntiləri üzrə göstəricilər plastik məmulatların istehsalı, metallurgiya və tikinti materiallarının istehsalı kimi qeyri-neft-qaz sənayesi sahələrində müsbət zonada olub.



Sizin reklam burada
Sizin reklam burada