Ermənistanın Zəngəzur bölgəsində yerləşən Şəki kəndinə keçən Azərbaycan hərbçisi Nəsimi Musayevlə bağlı cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
News365.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Qurumun mətbuat xidmətindən bildirilib ki, cinayət işi üzrə icraat başa çatıb və materiallar ittiham aktı ilə birlikdə prokurorluğa göndərilib.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Şəki kəndi yaxınlığında naməlum səbəbdən sərhədi keçən hərbçi barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.