Fransa bu ölkədə hərbi mövcudluğunu tamamilə DAYANDIRDI

Fransa bu ölkədə hərbi mövcudluğunu tamamilə DAYANDIRDI
31 Yan 2025 09:24

Fransanın hərbi qüvvələri Çadı tamamilə tərk ediblər.

News365.az xəbər verir ki, bu barədə Çadın Baş Qərargahı məlumat yayıb.

Məlumatda bildirilib ki, Fransa son hərbi bazasını Çad ordusuna təhvil verərək ölkədəki hərbi mövcudluğunu tamamilə dayandırıb.

Qeyd edək ki, Çad Fransa ilə 28 noyabr 2024-cü ildə imzalanan və müdafiə sənayesi və təhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirmək məqsədi daşıyan müqaviləni ləğv edib.


Sizin reklam burada
Sizin reklam burada