Fəzail Ağamalı Ədliyyə Nazirliyinə müraciət edib?- AÇIQLAMA

Fəzail Ağamalı Ədliyyə Nazirliyinə müraciət edib?- AÇIQLAMA
11:29

Xəbər verdiyimiz kimi oktyabrın 25-də Ana Vətən Partiyasının növbəti qurultayı keçirilib. Qurultayda qarşıdurma yaşanıb. Fəzail Ağamalının oğlu Elçin Ağamalı partiya sədrliyinə namizədliyini irəli sürüb. Və hətta onun səs çoxluğu ilə sədr seçildiyi söylənilir. Lakin qurultayın gedişində fikir ayrılığına görə Fəzail Ağamalı ilə oğlu arasında insident yaşanıb. Və qurultayın işinə fasilə verilib.

Baş verənlərdən dolayı Fəzail Ağamalının vəziyyəti pisləşib. Və evə həkim çağrılıb.

Bəs hazırda vəziyyət necədir?

Sualımıza cavab tapmaq üçün sabiq millət vəkili Fəzail Ağamalı  ilə əlaqə saxladıq. News365.az -a açıqlamasında o, bildirdi ki, səhəti hal-hazırda normaldır:

“İşdəyəm. Hazırda Ədliyyə Nazirliyinə məktub hazırlayırıq. Və bu günlərdə rəsmi qaydada Nazirliyə müraciət ediləcək. Biz haqlı olduğumuzu sübut edəcəyik”.


Sizin reklam burada
Sizin reklam burada