Ermənistanda keçirilən parlament seçkilərində səsvermənin gedişatı zamanı müxtəlif seçki məntəqələrindən ciddi qanun pozuntuları və texniki problemlərlə bağlı məlumatlar daxil olmaqdadır.
Hazırkı saata qədər qeydə alınan əsas pozuntular aşağıdakılardır:
İşıq kəsintisi: 95 nömrəli uşaq bağçasında yerləşən 7/46 saylı seçki məntəqəsində elektrik enerjisinin verilişi dayanıb.
Məntəqə adlarının olmaması: İrəvanın Acapnyak icmasındakı 6/3 və 6/50 saylı məntəqələrin üzərində adlar qeyd olunmayıb. Vətəndaşlar məntəqələri tapa bilmədikləri üçün səs vermədən geri qayıdırlar.
Seçki bülletenlərinin məhv edilməsi təlimatı: Armavir mərzinin quberniyası Vahram Xaçatryanın "Vətəndaş Müqaviləsi" partiyasının dairələrində bəyan etdiyi iddia olunur ki, onun doğma Norapat kəndində "Güclü Ermənistan" bloku səs qazana bilməyəcək. Çünki hamıya 3 nömrəli bülletenləri birbaşa zibil qutusuna atmaq tapşırılıb.
Bülletenlərin kənara çıxarılması: Vanadzordakı 23/58 saylı seçki məntəqəsində polis əməkdaşı səs verdikdən sonra seçki bülletenlərini özü ilə bərabər məntəqədən kənara çıxarıb. Hadisə seçki komissiyası tərəfindən aktlaşdırılıb.
Şəffaflıq problemi: İrəvandakı 7/40 saylı seçki məntəqəsində bülleten zərflərinin şəffaf olduğu və bu səbəbdən vətəndaşların hansı siyasi qüvvəyə səs verdiyinin kənardan açıq şəkildə göründüyü barədə siqnallar daxil olub.
Canlı yayımda qarışıqlıq: İrəvanın 7/35 saylı seçki məntəqəsində səsvermə prosesi müvəqqəti olaraq dayandırılıb. Buna səbəb daxili onlayn canlı yayım sistemində bu məntəqə əvəzinə digər bir məntəqənin (7/34) görüntülərinin yayımlanması olub.