"Ermənistanda radikallar canlanır, Rusiyanın müdaxiləsi sülh prosesini ləngidir"- Sahil Kərimli

"Ermənistanda radikallar canlanır, Rusiyanın müdaxiləsi sülh prosesini ləngidir"- Sahil Kərimli
14:22

"Ermənistanda radikal qruplaşmalar canlanır, xarici dairələr gərginliyi artırır".

Politoloq Sahil Kərimli News365.az-a açıqlamasında bildirib ki, hazırda Ermənistanda ciddi siyasi proseslər baş verir. Onun sözlərinə görə, radikal və separatçı meyilli qruplaşmalar, xüsusilə Fetrasiyan, Qaçaryan və Sarkisiyan qrupları daha fəallaşmağa başlayıb.

Kərimli vurğulayıb ki, Ermənistan parlamentinin spikeri Qaçaryanı siyasi “meyit” adlandırsa da, bu qrupların yenidən ayaqlandırılması prosesi gedir. O, əlavə edib ki, bu gərginlik daxildən qaynaqlanmır, daha çox xarici siyasi dairələr, xüsusilə Rusiyanın müxtəlif qurumları tərəfindən yaradılıb. Məqsəd Azərbaycanla Ermənistan arasında mümkün sülh müqaviləsinin imzalanmasına mane olmaq və prosesi pozmaqdır.

Politoloq qeyd edib ki, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi, Zəngəzur dəhlizinin açılması və Cənubi Qafqazda dayanıqlı sülh üçün aparılan proseslər xarici müdaxilələrlə qarşılaşır. Xüsusilə Rusiyanın Zəngəzur dəhlizi layihəsi ilə bağlı mövqeyi qeyri-müəyyən olaraq qalır və bölgədə gərginliyin davam etməsinə xidmət edir.


Sizin reklam burada
Sizin reklam burada