Ermənistanda korrupsiya işi: Regional idarə rəisi həbs olundu

Ermənistanda korrupsiya işi: Regional idarə rəisi həbs olundu
12:12

Ermənistanda dövlət qurumlarında korrupsiya şübhələri ilə bağlı araşdırmalar yeni həbslərlə nəticələnib. Şirak vilayətində keçirilən əməliyyat çərçivəsində hüquq-mühafizə orqanları bir neçə vəzifəli şəxsi də daxil olmaqla, ümumilikdə 10 nəfəri saxlayıb.

News365.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Saxlanılanlar arasında Məhkəmə İcra Xidmətinin Şirak Regional İdarəsinin rəisi David Poqosyan və həmin qurumun daha iki vəzifəli şəxsi də var.

Komitənin açıqlamasına əsasən, iş üzrə üç vəzifəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Digər şübhəlilərə münasibətdə isə alternativ qətimkan tədbirləri tətbiq olunub.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada