“Hökumətimiz
“kartdan-karta” pul köçürmələrə qadağa qoyanda açıqlama verdim ki, “İndi
kartdan karta əməliyyatlarına məhdudiyyət tətbiq edərək gün ərzində 5-dən artıq
ödəniş qəbul etməyə qadağa qoyublar. Nəticədə insanlar bir kart əvəzinə 8-10
kart aldılar. Kart alanların sayının artdığını gördükdə isə eyni bankdan manat
hesablı debet kartının yalnız bir ədəd alınmasına icazə verdilər. İndi də bir
bankdan kart ala bilməyənlər digər banklara üz tutacaqlar. Ölkədə 24 bank var,
deməli, gedib başqa-başqa banklardan yenə 10-15 kart alacaqlar. Bəs nə dəyişəcək?
Bir sözlə, saça kəpək düşəndə başı kəsmirlər, səbəbini tapıb müalicə edirlər”.
Bu fikirləri
iqtisadçı Natiq Cəfərli söyləyib.
O qeyd edib
ki, Azərbaycan Mərkəzi Bankının rəsmi məlumatında indi deyilir ki, “Sentyabrın sonuna Azərbaycanda 23 milyon 388
min ədəd ödəniş kartı olub. Bu, avqustun sonu ilə müqayisədə 414 min ədəd və
yaxud 1,8 % çoxdur”:
“Yəni, bu
ilin avqust ayından Azərbaycanda "Card to card" əməliyyatlarına limit
qoyulması fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfə sürətlənib.
Ona görə də
hökümət hərdən bizi də eşitməli, fikirlərimizə diqqət etməlidir ki, sonradan bu
cür acı mənzərə ilə üz-üzə qalmasın”.
News365.az